• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

İDMAN

10 Yanvar 2023 | 12:43

“Sumqayıt” Rusiya klubu ilə qarşılaşacaq

“Sumqayıt” Rusiya klubu “Krılya Sovetov”la yoxlama görüşü keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Samara təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qış təlim-məşq toplanışının ilk mərhələsi üçün Türkiyəyə yollanan Rusiya Premyer Liqa klubu birinci matçını “Sumqayıt”a qarşı keçirəcək. Oyun yanvarın 17-də Antalyada baş tutacaq.

Qeyd edək ki, bu, “Sumqayıt”ın Antalya toplanışında ikinci sınaq görüşü olacaq. Samir Abasovun kollektivi əvvəlcə yanvarın 12-də Macarıstan təmsilçisi “Mezekeveşd”lə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026