• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dünya Çempionatında daha bir jurnalist dünyasını dəyişdi

İDMAN

11 Dekabr 2022 | 23:55 | Müəllif: Subhan Mahmudov

Dünya Çempionatında daha bir jurnalist dünyasını dəyişdi

Qətərin “Əl-Kass” telekanalının fotomüxbiri Xalid əl-Mislam dünya çempionatı zamanı dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb .

Xatırladaq ki, daha əvvəl Qətərdə amerikalı jurnalist, CBS əməkdaşı Qrant Uol vəfat etmişdi. O, Dünya Kubokunun 1/4 finalında Hollandiya və Argentina matçı zamanı huşunu itirib . Gələn tibb işçiləri 48 yaşlı jurnalisti reanimasiya edə bilməyiblər. Ölümün səbəbinin ürək dayanması olduğu bildirilir. Mərhum köşə yazarının qardaşı onun öldürüldüyünə inanır və təbii ölümlə ölmədiyini bildirib.

Qətərdə keçirilən dünya çempionatı noyabrın 20-də başlayıb. Qeyd edək ki, turnirin ev sahibləri hər üç qarşılaşmada ümumi 1:7 hesabı ilə uduzaraq qrupdan çıxa bilməyib. Final oyunu dekabrın 18-də Lusail İkonik stadionunda keçiriləcək.

İlk yarımfinal dekabrın 13-də baş tutacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026