• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DÇ-2022: Argentina - Xorvatiya oyununun hakimləri MƏLUM OLDU

İDMAN

12 Dekabr 2022 | 09:14

DÇ-2022: Argentina - Xorvatiya oyununun hakimləri MƏLUM OLDU

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya milliləri arasında keçiriləcək yarımfinal oyununun təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Daniele Orsatoya Çiro Karbone və Alessandro Ciallatini laynsmanlar qismində köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Məhəmməd yerinə yetirəcək.

İtaliyalı Massimiliano İrrati VAR hakimi, həmyerlisi Paolo Valeri isə onun köməkçisi olacaq.

Qeyd edək ki, noyabrın 13-də oynanılacaq Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026