• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Messi bu hərəkətinə görə cəzalandırıla bilər

İDMAN

11 Dekabr 2022 | 23:04 | Müəllif: Subhan Mahmudov

Messi bu hərəkətinə görə cəzalandırıla bilər

FİFA Argentina millisinin kapitanı Lionel Messi haqda araşdırmalara başlayıb.

Bakıvaxtı.az Ofsaydplus-a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu bu addımı 35 yaşlı hücumçunun DÇ-2022-nin 1/4 mərhələsində Niderlanda qalib gəldikdən sonra etdiyi hərəkətə görə atıb.

Belə ki, Messi matçdan sonra müsahibə verərkən, niderlandlı futbolçu Vout Veqorstla söz atışmasına çıxıb. O, həmkarına "Nəyə baxırsan, axmaq? Davam et", - deyə cavab verib.

FİFA futbolçunun davranış qaydalarını pozması səbəbilə onun haqqında araşdırma başladıb. "Leo"nun cəzalandırılacağı istisna edilmir. Onun haqqında qərarın dekabrın 13-də açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026