• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq” 

CƏMİYYƏT

05 Oktyabr 2021 | 11:21

Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”

Azərbaycan ordusu təxminən otuz ildir Ermənistan ordusunun işğalı altında qalmış torpaqlarımızı azad etdi. Biz minlərlə şəhid verdik, minlərlə hərbçimiz yaralandı, əlil oldu, amma düşməni vətən torpaqlarından qovub çıxarmağı bacardı.

Torpaqlarımızın azad edilməsində iştirak etmiş və ilk gündən döyüşlərə atılaraq, qələbə gününü Şuşada qeyd edən qəhrəman hərbçilərimizdən biri də baş-leytenant Hüseynov Mehman Kərim oğludur.

Bakıvaxtı.az-ın əməkdaşı ilə həmsöhbət olan, Vətən müharibəsində yüksək peşəkarlıq göstərən M.Hüseynov döyüş xatirələrindən söhbət açıb.

“Füzuli şəhəri istiqamətində gedən döyüşlər zamanı 19 oktyabr tarixdə Füzuli rayonunun Çinarlı  kəndi yaxınlığında tələyə düşdük. Atəş altında olan canlı qüvvəni, silah ve texnikanı çıxarmaq üçün oraya getdik. Və hədəfimizə, məqsədimizə çatdıq.

Ondan sonra düşmən artilleriyasının atəşinə düşdük. Allahın köməyi ilə hamı ordan salamat çıxa bildi. Amma çox böyük stress və həyəcan yaşadıq”,-deyə qəhrəman zabit bildirib.

Döyüşçü qeyd edib ki, ümumiyyətlə, müharibənin hər günü, hər anı yaddan çıxmır: “Ən əsası müharibədə tanış olduğum, hər an ölüm təhlükəsini birlikdə yaşadığımız döyüş dostlarım unutmadım. Vətən müharibəsində qazandığımız qələbə xalqımızın qələbəsi oldu. Mənim qələbəm isə döyüş dostlarımı qazanmağım oldu”.

Atasının vəfat etdiyini xatırladan zabit qeyd edib ki, mühairbə zamanı anası ona görə çox nigaran idi: “Ailələrimiz üçün də müharibə günləri çətin keçirdi. Amma anam və övladlarımla hər dəfə telefonla əlaqə saxlayanda bizimlə qürur duyduqlarını dəfələrlə deyirdilər.

Qardaşım polkovnik-leytenant Elxan Hüseynov şücayət və döyüşkənliyinə görə məndən çox iradəli və güclu idi. Ona görə də Ali Baş Komandanımız onu “Qarabağ” ordeni ilə təltif etdi. Mən, qardaşlarım, anam və ailəmlə bu haqlı müharibəmizdə qalib olduğumuz üçün çox qürurluyam. Çünki bu müharibədə hər birimiz arxa və ön cəbhədə döyüşdük.

Qardaşım müharibənin ilk günlərində güllə və qəlpə yarası alıbdı. Hospitalda müalicə alıb yenidən döyüşə qatıldı. Hər dəfə telefonla danışanda hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”.

Ramid İbrahimov


Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”Qardaşı yaralanan döyüşçünün müharibə xatirələri: “Hansımızın daha irəlidə olduğunu deyib zarafatlaşırdıq”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026