• Bakı 22° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Qaz təchizatı sektorunda 4 fəaliyyət üçün icazə alınacaq

CƏMİYYƏT

08 Iyul 2025 | 11:47

Qaz təchizatı sektorunda 4 fəaliyyət üçün icazə alınacaq

Qaz təchizatı sektorunda qazın nəqli, qazın paylanması, sənaye qaz qurğusunun istismarı və qazın saxlanması icazələr əsasında həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” qanun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, qeyd edilənlərlə bərabər qazın istehsalı və təbii qazın emalı da icazə əsasında həyata keçirilməlidir.

Layihəyə əsasən, qazın nəqli, qazın paylanması və sənaye qaz qurğusunun istismarına dair icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək. İcazə şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaz təchizatı sisteminə dair qaydalarla müəyyən ediləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR