• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Qazaxıstanda XARİCİ PASPORTLARDAN TAPILAN ÇİPLƏR  hamını təşvişə saldı  - VİDEO

DÜNYA

24 May 2022 | 00:18

Qazaxıstanda XARİCİ PASPORTLARDAN TAPILAN ÇİPLƏR  hamını təşvişə saldı  - VİDEO

Qazaxıstanda insanların xarici pasportlarında tapdıqları çiplər müzakirəyə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolardan sonra insanlar xarici pasportlarını cıraraq onun içərisində çip axtarmağa başlayıblar.

Onlar inanırlar ki, dövlət öz hüdudlarından kənarda olan vətəndaşlarını bu çiplər vasitəsilə izləyir.

Ölkənin Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək insanları sakitləşdirib:

“Qazaxıstanda 2009-cu ildən elektron pasportlar, eləcə də mikrosxemli şəxsiyyət vəsiqələri verilir. Elektron sənədlər ICAO beynəlxalq standartının bütün tələblərinə cavab verir. Çip vətəndaş haqqında şəxsi məlumatların saxlanması üçün nəzərdə tutulub və avtomatik olaraq elektron sənədləri əldə etməyə və şəxsiyyəti müəyyənlədirməyə imkan verir” (oxu.az).


SON XƏBƏRLƏR

18 Aprel 2024