• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Türkiyədə meşə yanğını nəzarət altına alınıb

DÜNYA

22 Iyun 2022 | 20:31 | Müəllif: Subhan Mahmudov

Türkiyədə meşə yanğını nəzarət altına alınıb

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda baş verən meşə yanğını böyük ölçüdə nəzarət altına alınıb.

Bakıvaxtı.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.

O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.

Qeyd edək ki, yanğın iyunun 21-də saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026