• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-da yanğınsöndürən helikopter qəzaya uğradı

DÜNYA

22 Iyul 2022 | 17:06 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-da yanğınsöndürən helikopter qəzaya uğradı

ABŞ-ın Aydaho ştatında 2 pilotun olduğu yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Salmon şəhəri yaxınlığındakı ərazidə yanğınsöndürmə işlərinə qatılan helikopter çaya düşüb.

"ROTAK" helikopter şirkətindən verilən açıqlamada 2 pilotla CH-47D Chinook tipli helikopterin yerini müəyyən etmək üçün hadisə yerinə axtarış-xilasetmə dəstələri göndərilib. Pilotların sağlamlıq vəziyyəti hələlik məlum olmasa da, helikopter şirkəti məlumatın təsdiqindən sonra açıqlama veriləcəyini qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026