• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şolts: "Ukraynanın bərpası üçün "Marşal planı"na ehtiyac var"

DÜNYA

22 Iyun 2022 | 22:27

Şolts: Ukraynanın bərpası üçün Marşal planına ehtiyac var

"Ukraynanın bərpası üçün "Marşal planı"na ehtiyac var".

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışında bildirib.

Kansler Ukraynanın bərpası üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu qeyd edib.

Şolts vurğulayıb ki, lazım olan yardımın həcmini və onun təmin edilməsinin prioritetini qiymətləndirmək üçün beynəlxalq ekspertlər təşkilatı yaradılmalıdır.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynanın bərpasına maliyyə yardımı etməyə başladığını söyləyib.

Makron, həmçinin əlavə edib ki, hərbi cinayətlərin araşdırılması çərçivəsində fransalı ekspertlər, jandarmlar və hüquqşünaslar Ukrayna hakimiyyətinə yardım göstərir.(report)


SON XƏBƏRLƏR