• Bakı 19° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Zelenski NATO sammitinə videobağlantı ilə qatılacaq

DÜNYA

22 Iyun 2022 | 21:26

Zelenski NATO sammitinə videobağlantı ilə qatılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Madriddə keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.

Bakıvaxtı.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sammitdə Ukraynaya xüsusi sessiya həsr olunacaq. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Madriddə keçiriləcək NATO sammitinə dəvət edildiyini bildirmişdi.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclas iyunun 28-30-da İspaniyanın paytaxtında baş tutacaq.

İştirakçılar Alyansın yeni strateji konsepsiyasını qəbul edəcək.


SON XƏBƏRLƏR

24 Aprel 2024