Qətər İranın raket hücumları ilə əlaqədar BMT Nizamnaməsinə uyğun olaraq cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda İranın hücumlarına və onların nəticələrinə görə bütün hüquqi məsuliyyətin Tehranın üzərinə düşdüyü bildirilib. Həmçinin İordaniya, BƏƏ, Bəhreyn, Oman və Küveytə endirilən zərbələr qətiyyətlə pislənilib.
Qətər bölgədə hərbi əməliyyatların dərhal dayandırılmasına və diplomatik dialoqun bərpasına çağırış edib.
Qeyd edək ki, İran iyulun 12-də Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman ərazisinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Qətərdə raket hücumu dəf edilsə də, zərərsizləşdirilən raketlərin qalıqlarının düşməsi nəticəsində üç nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Bakı 



