Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən məlumat verdiyi kimi, bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtda bə bölgələrdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Bu cür hava şəraiti məktəblilərin davamiyyətinə təsir edibmi?
Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyətlə bağlı ciddi problem qeyd olunmayıb.
Qeyd edək ki, bugünkü hava şəraiti ilə bağlı aidiyyatı qurumlar əhaliyə ciddi xəbərdarlıq edib.
Aytac Aslan




jpeg-1674131603.webp)








jpg-1674129356.webp)


