• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Twitter"in "mavi quş"u 100 min dollara satıldı

CƏMİYYƏT

19 Yanvar 2023 | 16:10

"Twitter"in "mavi quş"u 100 min dollara satıldı

Milyarder iş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmə gələn sosial media platforması "Twitter"in San-Fransiskodakı ofisində satışa çıxarılan əşyaların yer aldığı hərrac başa çatıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, onlayn hərracda mavi quş heykəli 100 min dollara alıcı tapıb və ən yüksək təklifi alan məhsul olub.

Bundan əlavə, "@" simvolu şəklində olan dekorativ gül çəni 15 min dollara satılıb. Təkrar emaldan əldə edilən taxta masa isə 10 min 500 dollara təklif olunub. İtaliya istehsalı olan espresso maşını da 13500 dollarlıq yekun təklifi alıb.

Qeyd edək ki, dünən başlayan hərracda 631 adda əşya satışa çıxarılıb.

Ay Tac


"Twitter"in "mavi quş"u 100 min dollara satıldı"Twitter"in "mavi quş"u 100 min dollara satıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026