Son sutka ərzində Qəzza zolağında 40 fələstinli ölüb, daha 71 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 39 623 nəfərə, yaralananların sayı 91 469 nəfərə çatıb.
















