• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qəzalı vəziyyətdə olan Saray körpüsünün aqibəti necə olacaq?- İcra Hakimiyyətindən AÇIQLAMA

CƏMİYYƏT

27 Mart 2024 | 12:24

Qəzalı vəziyyətdə olan Saray körpüsünün aqibəti necə olacaq?- İcra Hakimiyyətindən AÇIQLAMA

“Sumqayıt şəhərinə 2-ci əsas giriş - Saray qəsəbəsi tərəfdən olan körpü qəzalı vəziyyətdədir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri millət vəkili Emin Hacıyev parlamentin ötən iclaslarının birində deyib.

Onun sözlərinə görə. nəzərə alsaq ki, körpünün altından dəmiryol qatarı keçir, körpü çökərsə, texnogen fəlakət ilə yanaşı, insan tələfatı da baş verə bilər:

“Bu səbəbdən məsələyə həssas yanaşılaraq təcili tədbir görülməsini xahiş edirəm”.

Körpünün təhlükə saçması dəfələrlə mətbuatda işıqlandırılıb.

Bəs görəsən, bu problem nə zaman həllini tapacaq?

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan körpünün vəziyyəti ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib və ilkin önləyici tədbirlər görülüb.

Qeyd olunub ki, avtomobillərin körpü üzərində uzun müddət dayanmaması və potensial təhlükənin qarşısının alınması üçün işıqforun fəaliyyəti dayandırılıb:

“Aidiyyatı qurumlar tərəfindən aparılan araşdırmaların nəticələri əsasında körpünün təmiri və ya yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görüləcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024