Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
M. Qasımovun bu gün dünyasını dəyişidiyi bildirilir.
Vətən müharibəsi qazisi olan M. Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb./“Qafqazinfo”