• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Afiyəddin Məmmədova hökm oxundu

HADİSƏ

14 Yanvar 2025 | 12:55

Afiyəddin Məmmədova hökm oxundu

Xuliqanlıqda ittiham olunan Afiyəddin Məmmədov barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müdafiə etdiyi şəxsə bəraət istəyib.

    Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib.

    Məhkəmədə hökm oxunub. Hökmə əsasən Afiyəddin Məmmədov 8 il müddətində azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Afiyəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub.

    O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.


    SON XƏBƏRLƏR

    14 Yanvar 2025