Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Misir sərhədində yerləşən Refah Sərhəd Qapısı vasitəsilə xəstə və yaralıların çıxışına qəsdən maneə törətdiyini açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, dərmanların çatdırılmasının və səhiyyə sektorunun bərpası üçün lazım olan materialların gecikdirildiyi bildirilib. “İsrail xəstə və yaralıların Refah Sərhəd Qapısından çıxışını qəsdən əngəlləyir”, – deyə açıqlamada vurğulanıb.
Bugün Refah Sərhəd Qapısından keçməli olan 150 xəstə və yaralıdan yalnız 53 nəfərin buraxılacağı, həmçinin 16 yaşlı xərçəng xəstəsi bir uşağın çıxışına icazə verilmədiyi bildirilib. Uşağın icazə verilən siyahıda olmasına baxmayaraq, İsrailin maneə törətdiyi qeyd edilib.
HƏMAS dünən yaydığı açıqlamada atəşkəsin şərtlərinə əməl etdiklərini, lakin İsrailin razılaşmanın dörd maddəsini pozduğunu bildirib.
Nuriyyə Musayeva