• Bakı 12° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Ukraynada sülhməramlıları yerləşdirmək ideyası təxribatdır

DÜNYA

13 Mart 2025 | 15:40

Ukraynada sülhməramlıları yerləşdirmək ideyası təxribatdır

Rusiya Ukraynada Avropa sülhməramlı kontingentinin yerləşdirilməsini qəbulolunmaz hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova martın 13-də keçirilən brifinqdə bildirib.

"Bizim üçün sülhməramlılıq və sülh sözünü ümumiyyətlə, öz leksikonundan çıxaranların təklif etdiyi istər xarici kontingent, hərbi bazalar, istərsə də sülhməramlı əməliyyatlar olsun, hər hansı bayraq altında digər dövlətlərin silahlı qüvvələrinin Ukraynada yerləşdirilməsi tamamilə qəbuledilməzdir. Bütün bunlar həmin ölkələrin Rusiya ilə birbaşa münaqişəyə cəlb olunması deməkdir və biz buna bütün mövcud vasitələrlə cavab verəcəyik", - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, hətta bu cür təşəbbüslərin müzakirəsi belə münaqişənin həllinə kömək etməyən təxribat xarakterli addımdır.

"Diqqətəlayiq haldır ki, Vaşinqton Londonla Parisin Ukraynada hər hansı bir kontingent yerləşdirmək planlarından ən azı sözdə də olsa, özünü kənar tutur. Düşünürəm ki, səbəb ABŞ-nin bunun həm də hərbi nöqteyi-nəzərdən nə ilə nəticələnəcəyini təxmin etməsidir", - Zaxarova bildirib.


SON XƏBƏRLƏR