Myanmada martın 28-də baş vermiş 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 3 min 689 nəfərə çatıb.
Bakıvaxtı.az Sinxua-ya istinadən xəbər verir ki, Myanmada hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada iki zəlzələdə həyatını itirənlərin sayının 3 min 689, yaralananların sayının isə 5 min 20-yə yüksəldiyi bildirilib.
Bildirilib ki, xilasetmə qrupları itkin düşmüş 140 nəfərin axtarışını davam etdirir.
Əli Hüseynov