Omanda dolayı danışıqlarda İran və ABŞ danışıqlarının mövzusu məlum olub
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
Məlumata görə, İran və ABŞ nümayəndə heyətləri yalnız İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsini müzakirə etməyi planlaşdırır.
Mina Mikayılova
***
11:58
İranın xarici işlər naziri Abbas Araqçi Maskatda Oman xarici işlər naziri Bədr Əl-Busaidi ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Oman XİN rəhbəri Araqçiyə ABŞ nümayəndə heyəti ilə dolayı danışıqların təşkili və bu istiqamətdə görülən hazırlıqlar barədə məlumat verib.
Nazir Abbas Araqçi isə öz növbəsində İranın mövqelərini və müzakirə mövzularını ABŞ nümayəndə heyətinə çatdırmaq üçün Oman tərəfinə təqdim edib.