Avstraliyada bir məktəbdə dinozavr izləri aşkar edilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Avstraliyanın Kvinslend əyalətindəki bir məktəbdə illərdir diqqətdən kənarda qalan qaya parçasının üzərində cəmi 66 fosilləşmiş dinozavr ayaq izi aşkar edilib.
Üç barmaqlı ayaq izləri olan qaya parçasını araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlayıb.
Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.
Nuriyyə Musayeva