• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əraqçi: İran və ABŞ artıq vasitəçilərin iştirakı ilə danışıqlar aparır

DÜNYA

13 Mart 2025 | 14:40

Əraqçi: İran və ABŞ artıq vasitəçilərin iştirakı ilə danışıqlar aparır

Tehran və Vaşinqton əlaqələr saxlayır. Artıq vasitəçilər vasitəsilə İran nüvə proqramı üzrə məsləhətləşmələr aparır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Iran” qəzetinə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Nüvə mövzusu üzrə mümkün danışıqlara gəlincə, bizim planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir, həmçinin üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa) ilə qarşılıqlı əlaqə kanalı saxlanılır", - nazir bildirib.

O əlavə edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq edir: "İndi mövcud məsələlərin həlli üçün yeni təşəbbüs nəzərdən keçirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026