• Bakı 16° C

    2.71 m/s

QMİ sədri Gürcüstana getdi

CƏMİYYƏT

21 Iyul 2022 | 11:36 | Müəllif: Qalib İbrahimoğlu

QMİ sədri Gürcüstana getdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın dəvəti ilə Gürcüstana səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində A.Paşazadə Katolikos-Patriarx II İlya ilə görüşəcək. Bu görüşdə dinlərarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Bundan başqa, QMİ sədri Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə də görüşəcək.

İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcək.


QMİ sədri Gürcüstana getdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026