• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq

CƏMİYYƏT

20 Avqust 2022 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda 38, rayonlarda 40 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR