• Bakı 14° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

“Qoca sinyora” özünə gələ bilmir - Ümid Tudoradır

DÜNYA

27 Mart 2025 | 21:14

“Qoca sinyora” özünə gələ bilmir - Ümid Tudoradır

İtaliyanın “Yuventus” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssi İqor Tudor mövsümün sonuna kimi klubun sükanı arxasına keçib.

Tudor 1998-2007-ci illərdə “Yuventus”da oynayıb. O, “qoca sinyora”nı Çempionlar Liqasına yüksəldə bilsə, müqavilə müddəti bir il daha  uzadılacaq. Turin klubu yeni məşqçisi ilə şənbə günü “Genoa” ilə qarşılaşmada debüt edəcək.

Qeyd edək ki, bir vaxtlar “at oynadan” “Yuventus” bir neçə ildir uğursuz nəticələrlə yadda qalır. İş o yerə çatıb ki, artıq komanda Seria A-da ilk dörtlüyə düşməyə də çətinlik çəkir. Bu səbəbdən klub ardıcıl bir neçə məşqçi dəyişsə də, hələ ki, özünə gələ bilmir. Yeni çalışdırıcı İqor Tudor qarşısına qoyulan əsas öhdəliklərdən biri də klubun ən azı Çempionlar Liqasına vəsiqə əldə etməsinə nail olmaqdır.

 


SON XƏBƏRLƏR

30 Mart 2025