Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bu həftə İrana səfər edəcək.
Bakıvaxtı.az İSNA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Rafael Qrossinin səfəri ilə bağlı razılıq əldə olunub:
“Təfərrüatlara və görüşlərə gəlincə, Vyanadakı missiyamızın baş direktorun ofisi ilə qarşılıqlı əlaqədə izlədiyi məqamlar var. Prinsipcə, səfər bu həftə baş tutacaq”.
İran XİN sözçüsü Rafael Qrossinin Tehrana səfərinin əvvəlcədən planlaşdırıldığını, onun İran və ABŞ arasında Maskatda keçirilən dolayı danışıqların birinci raundu ilə bağlı əlaqəsi olmadığını da vurğulayıb.