Qusarda ev yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Hil kəndində qeydə alınıb. Ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı 80 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















