Qazaxda iki bıçaqlanma hadisəsi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisələrdən biri Qazaxbəyli kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1999-cu il təvəllüdlü S.Adıgözəlov mübahisə zəminində bıçaqlanıb.
O, Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Digər hadisə isə Hüseynbəyli kəndində qeydə alınıb (report.az). Kənd sakini, 2001-ci il təvəllüdlü S.Hüseyov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Hər iki faktla bağlı araşdırmalara başlanılıb.
















