• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının işçiləri QƏZAYA DÜŞDÜLƏR

HADİSƏ

17 Aprel 2022 | 00:40 | Müəllif: Qalib İbrahimoğlu

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının işçiləri QƏZAYA DÜŞDÜLƏR

Qəbələ rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın report-a istinadla məlumatına görə, hadisə Qəbələ-Qəmərvan avtomobil​ yolunda qeydə alınıb.

Ellada Abdurrəhmanovanın idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Seymur Fərziyevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.​

Nəticədə "Mitsubishi"nin sürücüsü E. Abdurrəhmanova, onun sərnişinləri Aytən Quliyeva və Sevil Şükürova ağır bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, xəsarət alan hər üç qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasında çalışırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR