• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda DƏHŞƏT:  Müəllim meşədə...

HADİSƏ

16 Aprel 2022 | 10:12 | Müəllif: Subhan Mahmudov

Lənkəranda DƏHŞƏT: Müəllim meşədə...

Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

Bakıvaxtı.az  "Report"a istinadən bildirir ki, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, bədən tərbiyəsi müəllimi, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun kəndə yaxın meşə ərazisində meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən axşamdan evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026