• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nəzir qutularını belə qarət etdi - VİDEO

HADİSƏ

16 May 2022 | 10:09

Nəzir qutularını belə qarət etdi - VİDEO

Lənkəranda məscidlərin nəzir qutularını qarət edən şəxs saxlanılıb. Onun əməli ilə bağlı kadrlar təhlükəsizlik kameralarına düşüb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə rayonun Tütəpeştə kənd məscidində baş verib. Məscidin nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində məhkumluğu olan Zülfi Nəzərli olduğu müəyyən edilib.

Həmin şəxsin Seydəkəran kənd məscidinin qaşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Nəzir qutularını belə qarət etdi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026