• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda DƏHŞƏT: Yaşlı qadın evində diri-diri YANDI

HADİSƏ

17 Aprel 2022 | 00:12 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda DƏHŞƏT: Yaşlı qadın evində diri-diri YANDI

Zərdabda baş verən yanğında 1 nəfər ölüb.

Bakıvaxtı.az-ın apa-ya istinadla xəbərinə görə, hadisə saat 22:00 radələrində rayonun Çallı kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Faizə Süleymanovaya məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamiilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə yerinə baxış keçirilərkən ev sahibi F. Süleymanovanın yanmış meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026