Bakıda yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, hadisə şəhərin Nizami rayonunda qeydə alınıb. Ümumi sahəsi 5 m² olan gözətçi köşkünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
















