• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ramil Usubov Patruşevlə görüşdü

SİYASƏT

03 Noyabr 2022 | 18:45 | Müəllif: Subhan Mahmudov

Ramil Usubov Patruşevlə görüşdü

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

Görüş Rusiyanın paytaxtında keçirilən MDB təhlükəsizlik şuraları katiblərinin onuncu illik toplantısı çərçivəsində baş tutub.

Görüş zamanı regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib.

Patruşev, həmçinin Ermənistandan olan həmkarı Armen Qriqoryanla da ikitərəfli görüş keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR