• Bakı 14° C

    2.37 m/s

Ramiz Duyğun vəfat etdi

CƏMİYYƏT

19 Iyun 2025 | 08:16 | Müəllif: Qalib İbrahimoğlu

Ramiz Duyğun vəfat etdi

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi polkovnik, şair publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, R.Məlikov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, Ramiz Duyğun bu gün - 87 yaşında vəfat edib.

Ramiz Məlikov 1938-ci il fevralın 10-da Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühür kəndində anadan olub. Burada ibtidai, Axtaçıda yeddiillik məktəbi bitirib (1945-1952). Əli Bayramlı şəhərində orta təhsil alıb (1953-1956).

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib (1956-1962).

Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorusiya hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olub.

Allah rəhmət eləsin.

Murad Məmmədli

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026