• Bakı C

    8.19 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Roma Papası bu tarixdə ictimaiyyət qarşısına çıxacaq

DÜNYA

22 Mart 2025 | 16:23

Roma Papası bu tarixdə ictimaiyyət qarşısına çıxacaq

Roma Papası Fransisk beş həftədən sonra ilk dəfə martın 23-də ikiqat pnevmoniyadan müalicə aldığı Romadakı “Gemelli” xəstəxanasındakı otağının pəncərəsindən xeyir-dua vermək üçün ictimaiyyət qarşısına çıxmağı planlaşdırır.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, Vatikanın bəyanatında Fransiskin sabah günorta saatlarında xəstəxananın pəncərəsinə çıxıb dindarları salamlayacağı, onlara xeyir-dua verəcəyi deyilir.

Vatikan Papanın bu bazar günü dualar oxumayacağına aydınlıq gətirib.

Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də intensiv müalicə tələb edən ağır respirator infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada olduğu müddətdə onu yalnız bir dəfə görüblər: keçən həftə Vatikan tərəfindən yayılan fotoşəkildə pontifik xəstəxana kapellasında dua edərkən nümayiş etdirilib.

Fransisk həftəlik günorta dualarını, adətən, bazar günləri Müqəddəs Petro meydanında edir, lakin fevralın 9-dan bəri bu mərasimlər baş tutmur.


SON XƏBƏRLƏR

24 Mart 2025