İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"A.Əraqçi sabah Pekinə yollanacaq, biz birbaşa olmayan danışıqları da müzakirə edəcəyik", - o qeyd edib.
XİN nümayəndəsinin sözlərinə görə, A.Əraqçi Pekində İran-ABŞ danışıqlarının gedişini müzakirə edəcək.
Bundan başqa, tərəflər Tehran və Pekinin 2021-ci ildə imzaladığı 25 illik iqtisadi əməkdaşlıq sazişini müzakirə edəcəklər.