• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

HƏMAS Qəzzaya nəzarətdən imtina etməyə hazırdır

DÜNYA

21 Aprel 2025 | 15:11

HƏMAS Qəzzaya nəzarətdən imtina etməyə hazırdır

Fələstinin radikal islamçı HƏMAS qruplaşması Qəzzaya nəzarətdən imtina etməyə hazır olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, HƏMAS qruplaşmasının yaraqlıları Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhmana ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffa münaqişə həll edildikdən sonra Qəzza zolağına nəzarətdən imtina etməyə hazır olduqları barədə mesaj çatdırıblar.

“Həmas həmçinin İsraillə uzunmüddətli atəşkəsə və müharibəni nəhayət sona çatdıracaq razılaşmanın bir hissəsi kimi bütün məhbusların köçürülməsinə hazır olduğunu bildirib”, - nəşr yazıb.

Mina Mikayıl


SON XƏBƏRLƏR