• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Peskov: Ukrayna NATO-ya üzv olmamalıdır

DÜNYA

21 Aprel 2025 | 15:33 | Müəllif: Əli Hüseynov

Peskov: Ukrayna NATO-ya üzv olmamalıdır

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək Ukraynada atəşkəs elan etdiyini xatırladan Peskov bu qərarın Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə alındığını bildirib.

Peskov Ukraynanın atəşkəs prosesinə əməl etmədiyini iddia edib.

Ukraynanın NATO-ya üzv olma ehtimalı ilə bağlı fikir bildirən Peskov qeyd edib: 

"Ukrayna NATO üzvü olmamalıdır, NATO ilə inteqrasiya imkanı olmamalıdır. Bu, Rusiyanın milli maraqları üçün təhlükə yarada bilər. Böhranın əsas səbəblərindən biri də budur".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR