Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev İranda "Buşer" Atom Elektrik Stansiyasında (AES) ezamiyyətdə olan əməkdaşlarının bir hissəsinin təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Buşer" AES-də ezamiyyətdə olan insanların bir hissəsi artıq təxliyə edilib. Təxliyə zamanı göstərdikləri köməyə görə Azərbaycana və Ermənistana təşəkkür edirəm", - o qeyd edib.