• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Rus səfir Moldova XİN-ə çağırıldı

DÜNYA

22 Iyun 2023 | 15:19

Rus səfir Moldova XİN-ə çağırıldı

Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Xerson vilayətinin rəhbəri Vladimir Saldonun Ukrayna Silahlı Qüvvələrinin Çonqar körpüsünə zərbə endirməsinə cavabı ilə bağlı açıqlamaları olub.

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələrin Krım və Xerson vilayəti arasında körpü keçidlərini atəşə tutmasını şərh edən Saldo, bununla bağlı Odessa vilayətində və Moldovanın Giurgiulesti ərazisindəki körpüləri xatırladaraq, mümkün "çox ciddi" cavab tədbirlərinin görüləcəyini açıqlayıb. O bildirib ki, həmin körpü Ukraynanın bir hissəsi olub, lakin onu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko rejimi Moldovaya təhvil verib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026