• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya XİN başçısı Pekinə səfərini təxirə saldı

DÜNYA

22 Iyul 2023 | 15:14

Britaniya XİN başçısı Pekinə səfərini təxirə saldı

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə əvvəlcədən planlaşdırılan səfərini təxirə salıb.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Çinin xarici işlər naziri Tsin Qanın bir aya yaxındır heç bir səbəb göstərilmədən ictimaiyyət arasında görünməməsidir.

C.Kleverlinin iyulun sonunda Çinə səfəri gözlənilirdi.

Rəsmi London və Pekin səfərin yeni tarixini nəzərdən keçirirlər.

Qeyd edək ki, T.Qan barədə bir aya yaxındır məlumat yoxdur. Ehtimallara görə onun barəsində cinayət işi açılıb. Qeyri-rəsmi informasiyalara əsasən, nazirin nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra yoxa çıxıb.

Xatırladaq ki, ABŞ-la Çin arasında münasibətlərin qaydaya düşdüyü barədə məlumat yayıldıqdan sonra 57 yaşlı diplomatın yoxa çıxması barədə xəbərlər yayılıb. Çin Xarici İşlər Nazirliyi bu məsələyə hələ rəsmi münasibət bildirməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026