Ukrayna prezidenti Volodimir Zelenski Afinaya gedib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ev sahibliyi etdiyi Qərbi Balkan ölkələrinin liderləri ilə şam yeməyində iştirak edəcəyi gözlənilir.
Yunanıstan prezidentinin administrasiyası müvafiq məlumatı təkzib və ya təsdiqləməkdən imtina edib.















