• Bakı 26° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Rusiya HƏMAS-İsrail münaqişəsində maraqlıdır, Türkiyə isə... - AÇIQLAMA

DÜNYA

14 Avqust 2024 | 16:04

Rusiya HƏMAS-İsrail münaqişəsində maraqlıdır, Türkiyə isə... - AÇIQLAMA

"Rusiya HƏMAS-İsrail münaqişəsinin davam etməsinin tərəfdarıdır. Türkiyə isə münaqişənin dayandırılmasını istəyir".

Bu sözləri Fələstin prezidenti Mahmud Abbasın Rusiya və Türkiyə səfərlərini dəyərləndirən Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Mahmud Abbasın son səfərləri Türkiyə və Rusiyanın Fələstinə dəstəyi ilə bağlıdır. Bu səfərlərin ana xəttini Fələstinin təhlükəsizlik və beynəlxalq səviyyədə dəstəyin artırılması məsələləri təşkil edir.

Müsahibimiz qeyd edib ki, Türkiyə əvvəllər də Fələstinə dəstək verdiyini açıq şəkildə bildirib. Daha sonra Rusiya Fələstinlə münasibətlərə xüsusi önəm verdiyini açıqlayıb:

“Aydın məsələdir ki, ortada tarixi keçmiş də var. Əslində Rusiya atəşkəsin olmasını istəmir. Çünki bölgədə baş verən istənilən qarşıdurma Rusiya-Ukrayna cəbhəsindən diqqəti dağıdır".

Fələstində atəşkəsin olacağının inandırıcı görünmədiyini vurğulayan Samir Hümbətov hesab edir ki, Mahmud Abbasın Moskva səfəri Rusiya və Qərb ölkələrini cəbhələşməyə getdiyini göstərir. Hətta bura İran üzərindən cəbhələşmə də daxildir. İran bu və ya digər formada Fələstində bəzi qrupların silahlandırılmasını həyata keçirir.

Samir Hümbətov: Mahmud Abbasın səfərləri Türkiyə və Rusiyanın Fələstinə dəstəyi ilə bağlıdır

Ekspert hesab edir ki, indiki halda Mahmud Abbasın səfərləri sadəcə silahlanma və iqtisadi məsələlər istiqamətində müsbət dinamika yarada bilər:

“Ümumilikdə bu səfərlərin bölgədə sülh yaradacağı reallıqdan kənardır".

Gülşən Şərif


SON XƏBƏRLƏR