2024-cü ildə Rusiya Misirə 10 milyon tondan çox taxıl tədarük edib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qahirədəki səfiri Georgi Borisenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya Misirə ən çox buğda ixrac edən ölkədir:
"Ötən il Rusiya Misirə 10 milyon tondan çox tədarük edib. Bu, görünməmiş rəqəmdir. Çünki dünyada heç kim belə həcmdə taxıl almayıb".
Borisenko Moskva və Qahirənin kənd təsərrüfatı ticarəti sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcəklərinə ümid etdiyini bildirib.
Gülşən Şərif