• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Rusiya Odessaya hücuma görə mütləq cavab verəcək” - Zelenski

DÜNYA

23 Iyul 2023 | 16:53 | Müəllif: Subhan Mahmudov

“Rusiya Odessaya hücuma görə mütləq cavab verəcək” - Zelenski

“Rusiya terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

“Rusiyanın şər əməllərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər məğlub olacaq. Və Odessaya görə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - Zelenski qeyd edib.

Xatırladaq ki, iyulun 23-də gecə saatlarında Rusiya qüvvələri qanadlı raketlərindən istifadə etməklə Odessa və yaxın bölgəyə regiona növbəti zərbələr endiriblər. Nəticədə mülki obyektlərə və yaşayış binalarına ciddi ziyan dəyib, 19 nəfər yaralanıb, azı 1 nəfər isə ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026