• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Türkiyənin Aİ-yə üzvlük prosesindən..." - Hakan Fidan

DÜNYA

22 Avqust 2023 | 15:19 | Müəllif: Subhan Mahmudov

"Türkiyənin Aİ-yə üzvlük prosesindən..." - Hakan Fidan

Türkiyənin Avropa İttifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyənin Aİ-yə üzvlük prosesinə rasional deyil, siyasi nöqteyi-nəzərdən baxılır. Avropa İttifaqı sərt rəftarlarını yenidən nəzərdən keçirməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026