• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qaz kəməri partladı - Ölənlər var

DÜNYA

21 Sentyabr 2023 | 13:02

Qaz kəməri partladı - Ölənlər var

Rumıniyanın Kelimeneşt (Vrança qəzası) qəsəbəsi yaxınlığında qaz kəmərinin partlaması nəticəsində dörd inşaatçı həlak olub, beş nəfər yaralı xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki,  hadisə yerli vaxtla saat 01:30-da (Bakı vaxtı ilə saat 02:30-da - red.) baş verib. Əvvəlcə partlayış olub, daha sonra yanğın başlayıb.

Təxminən üç saat ərzində yanğın söndürülüb. İlkin versiyaya görə, partlayış gecə işləri zamanı ekskavator çalovunun ehtiyatsızlıqdan qaz kəmərinin qoluna toxunması nəticəsində baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR